SON DƏQİQƏ

İlham Əliyev yeni müavin təyin etdi

Tarix:

10-10-2017, 16:39

/ 1 419 dəfə oxundu.
İlham Əliyev yeni müavin təyin etdi

Xəzər Dəniz Gəmiçiliyi QSC-nin rəhbərliyində yeni təyinat olub.

Gunaz.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 oktyabr 2017-ci il tarixli sərəncamı ilə Mübariz Cabbarov Xəzər Dəniz Gəmiçiliyi QSC sədrinin birinci müavini təyin edilib.

Mübariz Mustafa oğlu Cabbarov 1968-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. 1988-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini və 2002-ci ildə Novorossiysk Dovlət Dəniz Yolları Akademiyasını bitirib.

1989-1996-cı illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Yolları İdarəsinin gəmilərində matros, kapitanın 3-cü və 2-ci köməkçisi işləyib. Daha sonra xarici gəmiçilik şirkətlərində kapitanın 2-ci köməkçisindən kapitana qədər yüksəlib.

2004-2005-ci illərdə “BUE Caspian Ltd” şirkətində təhlükəsizlik üzrə inspektor, daha sonra isə təhlükəsizlik üzrə menecerin müavini vəzifəsində işləyib.

2006-cı ilin sentyabrından 2007-ci ilin iyulunadək Böyük Britaniyanın “CMİ Offshore Ltd” şirkətinin Qazaxıstan Respublikasındakı filialının idarəetmə üzrə meneceri, 2007-2017-ci illərdə həmin şirkətin Böyük Britaniya, Qazaxıstan və daha sonra Rusiya Federasiyasındakı ofislərinin direktoru vəzifəsində çalışıb.

2017-ci ilin iyulundan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasının rəisi vəzifəsində işləyib.

Evlidir, iki övladı var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ