SON DƏQİQƏ
» » Azərbaycanın şəhərsalma siyasəti uğurla davam edir

Azərbaycanın şəhərsalma siyasəti uğurla davam edir

Tarix:

21-05-2026, 19:09

/ 3 357 dəfə oxundu.
Azərbaycanın şəhərsalma siyasəti uğurla davam edir

2026-cı il mayın 18-də paytaxt Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası baş tutdu. 

Forumun ən yaddaqalan və diqqətçəkən məqamı Prezident İlham Əliyevin proqram xarakterli çıxışı oldu. Dövlət başçısı çıxışına forumun miqyası və beynəlxalq əhəmiyyətindən bəhs etməklə başlayaraq bildirib ki, tədbir dünya ölkələri tərəfindən böyük maraqla qarşılanıb. Onun sözlərinə görə, forumda iştirak etmək üçün 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib və bu göstərici indiyədək qeydə alınmış ən yüksək iştirakçı saylarından biri hesab edilə bilər. Prezident bu tədbirin Azərbaycanda keçirilmiş COP29-dan sonra ölkənin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq platformadır və Ümumdünya Şəhərsalma Forumunun da mühüm nəticələrlə yadda qalacağına ümid etdiyini ifadə edib. Mərasimdə Azərbaycan torpaqlarında qədim yaşayış məskənləri, memarlıq məktəbləri və urbanizasiya ənənələrindən geniş danışıldı, bunların təkcə region üçün deyil, bütövlükdə dünya sivilizasiyasının inkişafında mühüm əhəmiyyət kəsb edildiyi bildirildi. Naxçıvan, Şamaxı, Gəncə, Şəki, Qəbələ kimi şəhərlərin Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı şəhərsalma mədəniyyətinin canlı nümunələri olduğu qeyd edildi.

Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu tarixi irsə xüsusi diqqət çəkərək vurğuladı ki, yurdumuzun qədim şəhərləri memarlıq və şəhərsalma ənənələrinin bu günədək qorunub saxlanıldığı nadir məkanlardandır. Şamaxıda yerləşən VIII əsrə aid məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi siması, Şəki və Qəbələnin qədim abidələri Azərbaycan xalqının yalnız mədəni deyil, həm də urbanistik baxımdan yüksək inkişaf etmiş sivilizasiya yaratdığını göstərir. Azərbaycanda şəhərsalma ənənəsi sadəcə tikinti və memarlıq baxımından təqdirəlayiq fəaliyyəti ilə göz oxşamır, eyni zamanda bu, milli yaddaşın, dövlətçilik tarixinin və mədəni kimliyin qorunmasıdır. Azərbaycanın şəhərləri coğrafi cəhətdən Şərqlə Qərbin və deməli, müxtəlif fərqli sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyindən onların urbanistik sistemi də müxtəlif memarlıq üslublarının sintezindən formalaşıb. Dövlətimizin başçısı çıxışında dedi: "Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər.”

Çıxışının sonunda Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da müasir, dayanıqlı şəhərsalma siyasətini davam etdirəcəyini diqqətə çatdırıb.

Türkanə Mübariz

скачать dle 12.1

Şərhlər