SON DƏQİQƏ

Azərbaycanda generala professor adı verildi

Tarix:

2-05-2026, 09:35

/ 3 334 dəfə oxundu.
Azərbaycanda generala professor adı verildi

Azərbaycan Ordusunun generalına yeni elmi ad verilib.
GunAz.az-ın əldə etdiyi xəbərə görə, Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov professor elmi adı alıb.
Bununla bağlı Ali Attestasiya Komissiyası qərar qəbul edib.
General-mayor A.Həsənov milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur. O, indiyədək dosent idi.
Qeyd edək ki, “Hərbi bilik” jurnalının Redaksiya heyətinin siyahısında A.Həsənov professor kimi təqdim olunub.
скачать dle 12.1

Şərhlər