
Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Şuşada olublar.
GunAz.az APA- ya istinadən xəbər verir ki, diplomatlar Şuşa şəhərində “ASAN xidmət” mərkəzinə baş çəkiblər.
Qonaqlara mərkəzin əhaliyə göstərdiyi xidmət çeşidi haqda ətraflı məlumat verilib.
Eyni zamanda, diplomatlar şəhərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar.
































