SON DƏQİQƏ
» » İran parlamentinin sədri: Yaxın Şərq tamamilə yanacaq

İran parlamentinin sədri: Yaxın Şərq tamamilə yanacaq

Tarix:

6-04-2026, 08:34

/ 3 890 dəfə oxundu.
İran parlamentinin sədri: Yaxın Şərq tamamilə yanacaq

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin hərəkətləri nəticəsində Yaxın Şərqin tamamilə yanacağını bəyan edib.
GunAz.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ-nin siyasəti regionu genişmiqyaslı münaqişəyə sürükləyir və bu, hər bir ailə üçün faciəvi nəticələr doğura bilər.
“Sizin düşünülməmiş addımlarınız ABŞ-ni hər bir ailə üçün əsl cəhənnəmə çevirir və bütün regionumuz yanacaq, çünki siz israrla Binyamin Netanyahunun göstərişlərini yerinə yetirirsiniz”, - deyə o, ABŞ administrasiyasına müraciətində bildirib.
Qalibaf əlavə edib ki, yeganə düzgün yol İran xalqının hüquqlarına hörmət göstərilməsi və təhlükəli oyuna son qoyulmasıdır.Teleqraf
скачать dle 12.1

Şərhlər