
Pezeşkian: ABŞ-da “Kral yoxdur” etirazları Tramp siyasətinə qarşı narazılığın göstəricisidir
ABŞ vətəndaşları prezident Donald Trump administrasiyasının siyasətinə etiraz olaraq “Kral yoxdur” şüarı ilə keçirilən aksiyalarda iştirak edirlər.
GunAz.az xəbər verir ki, bu fikirləri İran Prezidenti Məsud Pezeşkian özünün X sosial şəbəkə hesabında paylaşıb.
Pezeşkian bildirib ki, ABŞ-da keçirilən bu etiraz aksiyaları ölkə daxilində mövcud siyasi narazılığın bariz nümunəsidir. Onun sözlərinə görə, prezident Tramp bu etirazların səbəblərini izah etməlidir.
“Tramp vətəndaşların ‘Kral yoxdur’ etirazlarını niyə dəstəklədiyini açıqlamalıdır”, – deyə İran prezidenti qeyd edib.
































