SON DƏQİQƏ
» » İsrail İranın raket proqramını nüvə qədər təhlükəli sayır

İsrail İranın raket proqramını nüvə qədər təhlükəli sayır

Tarix:

10-02-2026, 18:17

/ 3 292 dəfə oxundu.
İsrail İranın raket proqramını nüvə qədər təhlükəli sayır

İsrailin yüksək rütbəli hərbi rəhbərliyi son dövrlərdə ABŞ-li həmkarları ilə apardığı müzakirələrdə İrana qarşı mümkün hərbi addımlarla bağlı sərt mövqe ortaya qoyub. Bildirilir ki, Təl-Əviv ballistik raket proqramı ilə əlaqədar təhlükəni kritik həddə çatacağı təqdirdə Vaşinqtonun iştirakı olmadan da hərəkətə keçməyə hazırdır.

Milli.Az xəbər verir ki, İsrail İranın ballistik raket imkanlarını nüvə proqramı ilə eyni səviyyədə təhlükə hesab edir. Rəsmi dairələr ABŞ tərəfinə açıq mesaj verərək, Tehranın bu sahədə müəyyən edilmiş "qırmızı xətləri" aşacağı halda təkbaşına zərbə endiriləcəyini bildiriblər.

Qeyd edək ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun fevralın 11-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş keçirməyi planlaşdırdığı açıqlanmışdı. 

скачать dle 12.1

Şərhlər