SON DƏQİQƏ
» » Slovakiya və Azərbaycan strateji tərəfdaşlardır

Slovakiya və Azərbaycan strateji tərəfdaşlardır

Tarix:

11-12-2025, 16:43

/ 3 863 dəfə oxundu.
Slovakiya və Azərbaycan  strateji tərəfdaşlardır

Dekabrın 8-də Bratislavada Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin mətbuata verdikləri bəyanatlar iki ölkə arasında münasibətlərinin yeni strateji mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi fikirlər Azərbaycanın təkcə ikitərəfli münasibətlərdə deyil, həm də qlobal geosiyasi proseslərdə oynadığı müstəsna rolu vurğulamış oldu. Dövlət başçısının “Slovakiya və Azərbaycan dost ölkələrdir və strateji tərəfdaşlardır” sözləri, tərəflər arasında artıq yüksək səviyyədə oturuşmuş qarşılıqlı siyasi etimadı təsdiqləyir. Eyni zamanda da Prezident Pelleqrininin “iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin ötən il imzalanması münasibətləri daha yüksək səviyyəyə qaldırdı” fikri, əslində, bu gün formalaşan çoxtərəfli əməkdaşlıq arxitekturasının mahiyyətini tam ifadə edir.

Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı aparılan müzakirələr enerji təhlükəsizliyi gündəmini xüsusi ön plana çıxardı. Enerji əməkdaşlığı Azərbaycan-Slovakiya münasibətlərinin əsasını təşkil edir. Slovakiyanın Avropa İttifaqının mühüm üzvü, Azərbaycanın isə Cənubi Qafqazın əsas enerji və logistika mərkəzi kimi mövqeyi bu dialoqun əhəmiyyətini daha da artırır.

Prezidentlərin bəyanatlarında vurğulanan qarşılıqlı etimad, tamamlayıcı iqtisadi potensial və enerji sahəsində yeni əməkdaşlıq platformaları gələcək illərdə iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə dair aydın mesaj verdi. 2024-cü ildə ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya nəql olunub və ölkəmiz bu dost dövləti istənilən həcmdə enerji resursları ilə təmin etmək imkanına malikdir. Bu gün Azərbaycanın qaz ixracatının ümumi həcmi 25 milyard kubmetrə çatıb və bunun yarısı Avropa İttifaqı ölkələrinə yönəldilir. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir. Bu isə regionda dövlətimizin lider mövqeyini təsdiqləyir.

Slovakiya ilə münasibətləri yalnız iqtisadi maraqlarla deyil, siyasi dəyərlərlə qiymətləndirir və iki ölkənin əməkdaşlığı qarşılıqlı suverenliyə əsaslanır. Bütün tərəfdaşlarla suverenlik və bərabərlik əsasında əməkdaşlıq Azərbaycan diplomatiyasının ən mühüm xəttidir. Bratislava bəyanatı Azərbaycanın Avropadakı yeni siyasi mövqeyini təsdiqlədi. 8 dekabr bəyanatı təkcə iki ölkə arasında sənədlərin müzakirəsi deyildi. Bu, Azərbaycanın Avropaya verdiyi strateji mesaj idi. Prezident İlham Əliyevin Slovakiyada verdiyi mətbuat bəyanatı göstərdi ki, Azərbaycan–Slovakiya münasibətləri çoxşaxəli, dinamik və strateji xarakter daşıyır. Müdafiə sənayesi, enerji ixracı, nəqliyyat bağlantıları, iqtisadi əməkdaşlıq və xarici siyasət istiqamətlərində irəli sürülən mövqelər iki ölkənin regional və qlobal proseslərdə rolunu daha da gücləndirir.

Bu səfər Azərbaycan və Slovakiyanın qarşılıqlı fayda prinsipinə əsaslanan uzunmüddətli tərəfdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər.

Türkanə Mübarizскачать dle 12.1

Şərhlər