SON DƏQİQƏ
» » İlham Əliyev Misirdə bu dövlət başçıları ilə SÜLH SAMMİTİNDƏ olacaq

İlham Əliyev Misirdə bu dövlət başçıları ilə SÜLH SAMMİTİNDƏ olacaq

Tarix:

13-10-2025, 09:53

/ 3 403 dəfə oxundu.
İlham Əliyev Misirdə bu dövlət başçıları ilə SÜLH SAMMİTİNDƏ olacaq

Xəbər verdiyimiz kimi, bu gün Misirdə Yaxın Şərq Sülh Sammiti keçiriləcək.
GunAz.az bildirir ki, sözügedən sammitdə iştirak edəcək ölkə liderlərinin adları açıqlanıb.
Həmin liderlərin arasında Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah, Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Fələstin Dövlət Başçısı Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron, Kipr Prezidenti Nikos Kristodulides var.
Almaniya, İraq, İngiltərə, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin isə sammitə Baş nazir səviyyəsində qatılacağı gözlənilir.
скачать dle 12.1

Şərhlər