SON DƏQİQƏ

Putin Trampla danışıq apardı=YENİ

Tarix:

12-02-2025, 21:27

/ 3 267 dəfə oxundu.
Putin Trampla danışıq apardı=YENİ

Rusiya Prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla danışıqlar aparıb.
GunAz.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
“Prezident Putin və ABŞ Prezidenti Donald Tramp az öncə telefon danışığını tamamladılar. Bu, çox uzun telefon danışığı idi, demək olar ki, bir saat yarım davam etdi", - Peskov bildirib.
Vladimir Putin və Donald Tramp telefon danışığında şəxsi təmasları davam etdirmək və şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Tramp bundan əvvəl də Putinlə telefon danışığı apardığını açıqlamış, ancaq Peskov bu məlumatı təsdiq və ya təkzib etməmişdi.
скачать dle 12.1

Şərhlər