
2024-cü ilin 11-22 noyabr tarixlərində Bakıda COP 29 konfransı baş tutdu. Bu tədbir dünyanın bütün ölkələrinin iqlim dəyişikliyi ilə mübarizədə qlobal qərarlar qəbul etmək üçün toplandığı ən böyük çoxtərəfli forumdur.
COP29 konfransı iqlim böhranının həlli üçün kollektiv tədbirlər, istixana qazlarının azaldılması, daha dayanıqlı icmaların qurulması və 1,5°C temperatur artım həddinə çatmamaq üçün strategiyaların hazırlanmasına yönəlib. Bu tədbir Azərbaycanın iqlim siyasətində beynəlxalq liderliyini vurğulayan tarixi hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən COP29 Liderlər Zirvə Toplantısının açılış mərasimindəki çıxışında da mühüm mesajlar verildi. Ölkə prezidenti ilk növbədə 200-ə yaxın ölkənin COP29-un Bakıda keçirilməsi ilə bağlı yekdil qərarının Azərbaycana hörmət əlaməti və beynəlxalq aləmdə fəal rolumuzun qiymətləndirilməsi olduğunu vurğuladı. Ölkə başçısı qeyd etdi ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Ölkə rəhbəri bildirdi ki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq. COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun.
COP29-un təşkili zamanı göstərilən yüksək təşkilatçılıq və diplomatik səylər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Tədbir zamanı Azərbaycan dünya liderləri və maliyyə institutları ilə gələcək əməkdaşlıq üçün mühüm platforma yaradır. COP29 Azərbaycanın daxili inkişaf strategiyasında da mühüm rol oynamışdır. Təmiz enerji layihələrinin genişləndirilməsi, yaşıl texnologiyaların tətbiqi və karbon emissiyalarının azaldılması üçün yeni təşəbbüslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artıracaqdır. Azərbaycanın davamlı enerji siyasəti həm daxili ehtiyacların ödənilməsi, həm də qlobal iqlim siyasətində nümunə olmaq üçün yeni imkanlar açır.
Türkanə Mübariz