Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbirstanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edərək ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı.
Füzuli rayonu zəngin təbii sərvətləri və məhsuldar torpaqları ilə tanınır. İşğaldan sonra bu torpaqlarda kənd təsərrüfatı bərpa edilir, müasir təsərrüfatlar və aqroparklar qurulur. Bölgədə üzümçülük, taxılçılıq, bağçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələri inkişaf etdirilir. Füzuli iqtisadi mərkəz kimi də regionda öz yerini tutmaqdadır, bu da əhalinin məşğulluğunu artırmaq və yerli iqtisadiyyatı dirçəltmək üçün mühüm rol oynayır.
Füzulidə həyatın yenidən qurulması təkcə infrastruktur və iqtisadiyyatla məhdudlaşmır. Məcburi köçkünlərin doğma yurdlarına qayıtması, şəhər və kəndlərin yenidən qurulması prosesinə start verilib. Bu da Füzulinin gələcəkdə həm sosial, həm də mədəni baxımdan yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradır. Füzuli rayonunun timsalında bütün işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin aydın mənzərəsini görürük. Xalqımız tam əmindir ki, dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində sahibinə qovuşan bütün torpaqlarımız cənnət məkana çevriləcək. Böyük Qayıdış Proqramı uğurla başa çatacaq. Azərbaycanın iqtisadi imkanları bu hədəfə yüksək səviyyədə və zamanında nail olmağa əsas verir. Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də “Füzuli Şəhəri Günü” təntənəli şəkildə qeyd edilir. "Füzuli Şəhəri Günü"nün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Düşmən tərəfindən evləri sökülüb talan edilən, meşələri qırılıb məhv edilən Füzuli rayonu bu gün həyata keçirilən bərpa-quruculuq işləri nəticəsində yeni və daha gözəl görkəm almaqdadır. Füzuli şəhərində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur. Artıq Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinin sakinlərinin bir hissəsi doğma yurda dönüb. Füzuli sakinlərinin doğma yurdlarında rahat və xoşbəxt yaşaması üçün bütün zəruri tədbirlər görülür. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bilman İsaq