SON DƏQİQƏ
» » "COP29 ərəfəsində müqavilə imzalanmayacaq, amma..." - Sülhlə bağlı VACİB AÇIQLAMA

"COP29 ərəfəsində müqavilə imzalanmayacaq, amma..." - Sülhlə bağlı VACİB AÇIQLAMA

Tarix:

16-10-2024, 21:00

/ 2 301 dəfə oxundu.
"COP29 ərəfəsində müqavilə imzalanmayacaq, amma..." - Sülhlə bağlı VACİB AÇIQLAMA

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini heç vaxt COP29 ilə əlaqələndirməyib. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.
O bildirib ki, ölkəsi hələ bir neçə ay əvvəl tərəflərin sülh razılaşması imzalamasını görməyi arzulayıb və buna çalışıb. COP29 zamanı Bakıya bir çox dünya liderlərinin gələcəyini nəzərə alsaq, həmin vaxt Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkündürmü?
“Arzuolunan idi ki, sülh müqaviləsinin imzalanması məhz COP29 ərəfində baş tutsun. Ancaq təkcə arzulamaq kifayət deyil, burada siyasi-ideoloji məsələlər var və Azərbaycan tərəfinin şərtləri təmin olunmadan müqavilə bağlamaq mümkünsüzdür. Şərtlər arasında Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması, sərhəd anklavlarının geri qaytarılması və digər məsələlər yer alıb. Düşünürəm ki, sülh müqaviləsinin yaxın günlərdə, yəni COP29 ərəfəsində imzalanması reallaşmayacaq. Ancaq müəyyən irəliləyişlərin olması mümkündür. Məhz “COP29″dan sonra müəyyən mənada ciddi addımların atılmasını da gözləmək olar. Ancaq konkret olaraq COP29 ərəfəsində və ya bu mötəbər tədbirin davam edəcəyi bir vaxtda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması real deyil”.
скачать dle 12.1

Şərhlər