SON DƏQİQƏ
» » RUSİYA və AZƏRBAYCAN ARASINDA DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏR YÜKSƏK SƏVİYYƏDƏDİR

RUSİYA və AZƏRBAYCAN ARASINDA DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏR YÜKSƏK SƏVİYYƏDƏDİR

Tarix:

27-08-2024, 11:51

/ 3 059 dəfə oxundu.
RUSİYA və AZƏRBAYCAN  ARASINDA DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏR YÜKSƏK SƏVİYYƏDƏDİR

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2024-cü il avqustun 19-da Azərbaycana rəsmi səfərə gəlib.  
GünAz.az xəbər verir ki, yüksəksəviyyəli görüş və sənədlərin imzalanmasından sonra  Prezident İlham Əliyev və  Prezident Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev öz bəyanatında vurğulayıb ki, bu səfər dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.
Prezident qeyd edib ki, 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.
Prezident vurğulayıb ki, biz iqtisadi-ticari münasibətlərlə bağlı məsələləri detallı şəkildə təhlil etdik. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq.
Prezident İlham Əliyev qeyd edib ki, humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Prezident qeyd edib ki, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə olundu. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
Dövlət başçısı bildirib ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. O qeyd edib ki, bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub.
Həmçinin Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 hava reysnin həyata keçirildiyini, hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmadığını, neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyətin geniş təhlil olunduğunu,həmçinin hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi aparıldığını, Rusiya prezidentinə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdiyini, bunun Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edildiyini, mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəlindiyini qeyd edb.
Prezident Azərbaycanın COP-29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəklədiyinə görə  Rusiya tərəfinə təşəkkürümü bildirb və qeyd edib ki, Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işləyirik.
Prezident Vladimir Vladimiroviç Putinə onun həmin konfransda iştirakla bağlı dəvətini qəbul etdiyinə və dövlət səfəri ilə Azərbaycana gəldiyinizə görə bir daha  təşəkkürünü bildirdi. Sonda prezident bildirib ki, şübhəsiz  bu səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.
Rusiya Prezidenti Vladimir Putin öz bəyanatında bildirib:"Qonaqpərvər Azərbaycan torpağında olmaq, Sizin rəhbərliyinizlə inkişaf edən Bakının mənzərələrini seyr etmək bizim üçün çox xoşdur". Daha sonra Rusiya prezidenti vurğulayıb ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.
O qeyd edib ki, Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır. Artıq qeyd olundu, mən bu barədə bu gün görüşümüzün əvvəlində də dedim - dörd milyard dollardan bir az çox dövriyyə var və ona artıq bu ilin birinci yarısında 17 faiz əlavə olunub. Azərbaycan iqtisadiyyatına 4 milyarddan çox birbaşa investisiyalar qoyulub. Əlbəttə, Azərbaycan bazarındakı 1300 müəssisə ondan xəbər verir ki, bizdə fəaliyyət müsbət istiqamətdə inkişaf edir və yaxşı perspektivlərə malikdir.
O deyib: "Azərbaycan bazarında Rusiya şirkətlərinin özünü yetərincə rahat hiss edir. Həm “LUKOYL”, həm yığılma istehsalını təşkil edən “KamAZ”, həm də “Sollers”, “UAZ” var. Onlar uğurla fəaliyyət göstərir və inkişaf perspektivlərinə malikdir. Biz onların işinə yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə minnətdarıq.
“Transmaşholdinq” fevral ayında Bakı metropoliteni üçün Rusiya vaqonlarının böyük partiyasının istehsalına dair növbəti müqavilə bağlayıb. Ümidvaram ki, bu qatarlardan istifadə edənlər də razı qalacaqlar".
Daha sonra Rusiya prezidenti  “Şimal-Cənub” layihəsinin reallaşdırılması üzrə birgə planları da xüsusi qeyd edib və "Bu, bizə Hind okeanının sahillərinə çıxmağa və bu marşrutları qarşılıqlı fayda və qarşılıqlı maraq kontekstində istifadə etməyə imkan verəcək".-deyib.
Pusiya prezidenti humanitar əlaqələrin də fəal şəkildə genişləndiyini, iyunda Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin uğurla keçirildiyini, bu çərçivədə sərgilər, konsertlər, teatr tamaşaları, başqa parlaq mədəniyyət hadisələri olduğunu bildirib və
xoş ənənəyə uyğun olaraq, azərbaycanlı dostları sentyabrda onuncu - yubiley Sankt-Peterburq Mədəniyyət Forumuna dəvət edib.
Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunduğuna toxunan Rusiya Prezidenti "Hiss edirik ki, Azərbaycan Respublikasının rəhbərliyi bu tendensiyanı hərtərəfli dəstəkləyir. İlham Heydər oğlu, rus dilinə göstərilən bu diqqətə görə Sizə minnətdarıq".-deyib.
Artıq dediyim kimi, danışıqlarda regional gündəliyə dair, təbii ki, Azərbaycanın Xəzər regionunda və Cənubi Qafqazda oynadığı rol nəzərə alınaraq, bir sıra məsələlər də müzakirə olunub.
Aktual beynəlxalq mövzulara da toxunulub. Xarici siyasətdə ölkələrimiz beynəlxalq hüququn aliliyi, suverenlik və daxili işlərə müdaxilə edilməməsi prinsiplərinə qətiyyətlə tərəfdardırlar.
Rusiya prezidenti Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirildiyini qeyd edib və vurğulayıb ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq".-deyib.
Rusiya Prezidenti Vladimir Putin bəyan edib:"Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir".
Sonda Rusiya prezidenti bir daha vurğulayıb ki, biz səfərin yekunlarından tamamilə məmnunuq. Əminəm ki, bu gün aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək.

Qafar Əliyev, YAP Qaradağ rayon təşkilatının sədriскачать dle 12.1

Şərhlər