SON DƏQİQƏ

AFFA hakimlərə təşəkkürnamə payladı

Tarix:

22-08-2024, 17:51

/ 2 600 dəfə oxundu.
AFFA hakimlərə təşəkkürnamə payladı

AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvanda keçirilən seminardan sonra hakimlərə təşəkkürnamə paylanılıb.
GunAz.az xəbər verir ki, gün ərzində seminarda iştirak edən hakimlərin nəzəri-praktik, eləcə də fiziki hazırlığı qiymətləndirilib.
Sonda iştirakçılara AFFA Hakimlər Departamentinin təşəkkürnamələri təqdim olunub.
Qeyd edək ki, avqustun 19-dan 22-dək keçirilən seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, fitnes məşqçisi Namik Quliyev, Hakimlər Departamentinin mütəxəssisi Bəxtiyar Osmanov və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik ediblər.
скачать dle 12.1

Şərhlər