SON DƏQİQƏ

Yunanıstan qovdu, Türkiyə xilas etdi

Tarix:

1-08-2024, 08:15

/ 3 414 dəfə oxundu.
Yunanıstan qovdu, Türkiyə xilas etdi

Türkiyənin Muğla vilayətinin sahillərində batmaq təhlükəsi ilə üzləşən 67 miqrant xilas edilib. Qanunsuz yollarla Yunanıstana keçmək istəyən bu şəxslərin yunan tərəfindən Türkiyə ərazi sularına geri göndərildiyi bildirilir.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Xidmətindən məlumat verilib.
Əraziyə sahil mühafizəsinin gəmiləri göndərilib.
Rezin qayıqlarda olan miqrantlardan 13-ü azyaşlıdır.
Onlar aidiyyəti qurumlara təhvil veriliblər.
скачать dle 12.1

Şərhlər