SON DƏQİQƏ
» » Azərbaycan və Təbriz sənin üçün necənci yerdə dayanır?-REAKSİYA

Azərbaycan və Təbriz sənin üçün necənci yerdə dayanır?-REAKSİYA

Tarix:

16-07-2024, 21:34

/ 4 260 dəfə oxundu.
Azərbaycan və Təbriz sənin üçün necənci yerdə dayanır?-REAKSİYA

Fələstin başçılıq etdiyi hökumət üçün prioritetdirsə, o zaman Azərbaycan və Təbriz sənin üçün necənci yerdə dayanır?
Bunu təbrizli sosial media istifadəçiləri İranın yeni Prezidenti Məsud Pezeşkiana müraciətdə yazıblar.
"Fələstin və qəzzalılar sənə səs verib prezident seçməyiblər, prioritetin sənə səs verənlərin problemlərinin həlli olmalıdır", - Pezeşkianın Haniyə ilə danışığını əks etdirən informasiyaların şərh bölmələrində bildirilib.
Xatırladaq ki, İran prezidenti HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə danışığında Fələstinin onun üçün prioritet olduğunu, Qəzzada atəşkəs üçün səylərini artıracağını deyib
скачать dle 12.1

Şərhlər