Bəzi bədbin proqnozlara baxmayaraq Məsud Pezeşkianın İran prezidenti seçilməsi böyük marağa səbəb olub.
İndi bütün dünya bundan danışır. Düzdür, İranı idarə edən Prezident deyil, bu islam ölkəsinin Ali Dini şurasıdır. Amma bununla belə M.Pezeşkianın şəxsiyyəti, siyasi bioqrafiyası, islahatçı kimi tanınması və seçki kampaniyasında etnik kimliyini, yəni türklüyünü qabartması ciddi maraq və ümid oyadıb.
Sonuncu məqam bizdə və Güney Azərbaycanda xüsusi vurğulanır, oradakı azərbaycanlıların problemlərinə (dil, təhsil və s.) diqqətin artacağına ümid edilir. Təbii ki, bu məsələdə və ümumən İranda heç nəyin dəyişməyəcəyini deyənlər də var.
Bizcə, istənilən halda İran rejiminin görməzdən gəldiyi etnik kimlik məsələsini qabardaraq böyük dalğa yaratmış, milyonlarla insanı ayağa qaldırmış bir şəxsin prezident seçilməsi tarixi hadisədir. Bu həm də İrandakı TÜRK amilinin aparıcı rolunun daha bir təsdiqidir. Kaş ki gözləntilər doğrulsun!

Qulu MƏHƏRRƏMLİ
Professor