
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirdi ki, sözü fəxri qonaq qismində görüşə dəvət olunmuş dövlət başçılarına vermək istərdim. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Söz Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə verilir.
Əvvəlcə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirən İlham Əliyev qeyd etdi: "Bu, mənim son iki ildə Qazaxıstana dördüncü səfərimdir. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib və bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk".
Cənab Prezident çıxışında iqtisadı məsələlərə toxunaraq bildirdi: "Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.
Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik".
Prezident İlham Əliyev sonda iştirakçılara bildirdi: "Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm".
Bilman İSAQ