SON DƏQİQƏ
» » Azərbaycan, Qırğızıstan və Çin arasında yeni layihə imkanları

Azərbaycan, Qırğızıstan və Çin arasında yeni layihə imkanları

Tarix:

29-06-2024, 18:20

/ 3 685 dəfə oxundu.
Azərbaycan, Qırğızıstan və Çin arasında yeni layihə imkanları

"İB Group" Şirkətlər Qrupu, Çin və dünya metal sənayesinin liderlərindən olan "Baogang Group" (Baotou Steel Union Co., Ltd.) ilə strateji tərəfdaşlığı ilə yanaşı, dünyanın ən nəhəng investisiya şirkətlərindən olan "Avic International Holding Corporation"ın qlobal partnyorudur.
GunAz.az xəbər verir ki, "İB Group" Şirkətlər Qrupu "Avic International Holding Corporation" ilə bir sıra MDB və Şərqi Avropa ölkələrində Avropa İnkişaf və Yenidənqurma Bankı ilə birgə beynəlxalq layihələr həyata keçirir.
Məhz buna görə də "İB Group" Şirkətlər Qrupunun baş ofisi Çinin paytaxtı Pekində yerləşir. Bununla yanaşı, şirkətin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində də nümayəndəliyi fəaliyyətə başlayıb. MDB ölkələri üzrə məsul idarə isə Bakıda, Şərqi Avropa nümayəndəliyi isə Moldovanın paytaxtı Kişinyov şəhərindədir.
"İB Group" Şirkətlər Qrupunun rəhbərliyi, Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğızıstan Dəmir Yolları, Qırğızıstan Hava Yolları və Qırğızıstan Energetika Nazirliyi rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirib.
Bu görüşlər zamanı Qırğızıstanın ən prioritet dövlət əhəmiyyətli layihələri haqqında ətraflı məlumat verilib, layihələrin icrası və maliyyələşdirilməsi üzrə konkret təkliflər müzakirə olunub.
Xüsusi olaraq, Qırğızıstan iqtisadiyyatının inkişafına dəstək ola biləcək strateji investisiya layihələrinin maliyyələşdirilmə imkanları geniş şəkildə dəyərləndirilib.
Görüş zamanı nümayəndə heyəti dövlətlərarası strateji əhəmiyyətindən danışaraq, Prezident İlham Əliyevin türk dövlətləri ilə bağlı siyasətinin regionda iqtisadi və siyasi əlaqələrin güclənməsinə böyük töhfə verdiyini vurğulayıb.
Bu siyasət çərçivəsində, Qırğızıstanla əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi, türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı faydalı əməkdaşlığın, əhəmiyyətini bir daha təsdiq edir.
Bu görüşlərdə həmçinin Qırğızıstanın enerji sektorunun modernləşdirilməsi, dəmir yollarının genişləndirilməsi və hava yollarının infrastrukturunun gücləndirilməsi üçün nəzərdə tutulan layihələrə dair qarşılıqlı əməkdaşlıq perspektivləri də müzakirə edilib.
Onu da qeyd edək ki, sözügedən layihələr Azərbaycanın və Çinin benefisiarı olduğu "bir kəmər, bir yol" layihəsinin tərkib hissələridir. Və məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu layihələr, eyni zamanda  Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması kimi tədbirlər Türk Dövlətləri Birliyi ölkələrinin strateji inteqrasiyasına bir hissəsidir və TDB üzvləri arasında həm iqtisadi, həm də siyasi əlaqələrin daha da genişləndirilməsi üçün görülməsi zəruri olan tədbirlərdən biridir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ