SON DƏQİQƏ

Maşın bazarında qiymətlər kəskin ucuzlaşdı

Tarix:

28-06-2024, 08:23

/ 2 516 dəfə oxundu.
Maşın bazarında qiymətlər kəskin ucuzlaşdı

Taksi fəaliyyəti ilə bağlı yeni qaydaların qüvvəyə minməsinə sayılı günlər qalır. İyulun 1-dən istehsal tarixi 15 ildən artıq olan avtomobillərin bu sahədə fəaliyyəti mümkün olmayacaq.
Bəs yeni qərarın tətbiqi nəqliyyat vasitələrinin qiymətinə necə təsir edəcək?
Avtomobil satışı ilə məşğul olan Eldar Əliyevin sözlərinə görə, yeni tələblərlə əlaqədar taksiyə yararsız maşınların qiymətində enmə müşahidə olunur:
“12-13 minə satılan maşının qiyməti indi yeddi-səkkiz min olub. Taksidən çıxan maşınlara rayon camaatı daha çox üstünlük verir”.
Bununla yanaşı, qiymətin aşağı olmasına görə, avtomobilini satmayan taksi sürücüləri də var.
“Mənim maşınım taksi fəaliyyətinə uyğun deyil. Amma saxlayacağam, öz işlərim üçün sürəcəyəm. Çünki satmaq sərf etmir, alıcı yoxdur, qiymət çox aşağıdır. Maşınımın bazar qiyməti 12-13 mindir, amma yeddi-səkkiz minə yaxın duran yoxdur”, – deyə sürücü bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ