SON DƏQİQƏ
» » Prezidentə müraciətlə bağlı komissiya yaradıldı

Prezidentə müraciətlə bağlı komissiya yaradıldı

Tarix:

21-06-2024, 11:54

/ 3 452 dəfə oxundu.
Prezidentə müraciətlə bağlı komissiya yaradıldı

Milli Məclisin bu gün keçirilən iclasının gündəliyi dəyişib.
GunAz.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
İclasın gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ əlavə edilib.
Beləliklə, parlamentin plenar iclasının gündəliyinə daxil olan məsələlərin sayı 13-ə çatıb.
Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
***
Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edir.
Müraciətin mətnini deputat, YAP İdarə Heyətinin üzvü Hikmət Məmmədov (Babaoğlu) oxuyur.
***
Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb.
Bu barədə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 21-də keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sədr müavini Adil Əliyev komissiyasının sədri təyin edilib.
Deputatlar Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai komissiyasının üzvləri olub.
Komissiya artıq müraciət mətninin hazırlanması üçün işə başlayıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ