SON DƏQİQƏ
» » İrəvanın Qələbə parkında Rusiyanın bayrağını və gerbini cırıblar

İrəvanın Qələbə parkında Rusiyanın bayrağını və gerbini cırıblar

Tarix:

18-06-2024, 15:06

/ 3 355 dəfə oxundu.
İrəvanın Qələbə parkında Rusiyanın bayrağını və gerbini cırıblar

Ermənistanın paytaxtı İrəvanda yerləşən Qələbə parkındakı Şöhrət Xiyabanında respublikanın sərhədlərində xidmət edən erməni və rus sərhədçilərinin xatirəsinə ucaldılmış abidədə Rusiyanın bayrağı və gerbini cırıblar.
GunAz.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, paytaxt meriyasından bildirilib ki, onlar baş verənlərə görə məsuliyyət daşımır və məlumatı ərazi sahibləri ilə dəqiqləşdirmək lazımdır.
Şəhər rəhbərliyi hadisəni aydınlaşdıracağını bildirib.
“İravunk” qəzetinin yazdığına görə, Rusiya Federasiyasının dövlət bayrağını rusofob və ya bir qrup rusofob cırıb. Lakin hələ bunu törədənlərin kimliyi bilinmir və baş verənlərə görə heç kim məsuliyyət daşımır. Qəzet onu da qeyd edib ki, bu, abidənin təhqir olunması ilə bağlı ilk hal deyil. (Apa)скачать dle 12.1

Şərhlər