SON DƏQİQƏ
» » “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”

“Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”

Tarix:

11-06-2024, 16:38

/ 3 990 dəfə oxundu.
“Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”

TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürü olur. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub.
“Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”. Prezident İlham Əliyevin bu fikiri ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. İldə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir.
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər