SON DƏQİQƏ
» » QHT sədri “Fədai” Medalı ilə təltif olunub

QHT sədri “Fədai” Medalı ilə təltif olunub

Tarix:

4-06-2024, 16:26

/ 2 867 dəfə oxundu.
QHT sədri “Fədai” Medalı ilə təltif olunub

“Turan Araşdırma Mərkəzi” İB-nin sədri, iqtisadçı alim, hüquqşunas Cavid İsmayıl “FƏDAİ” medalı ilə təltif edilib.
Cavid İsmayıl SSRİ dövlət sərhəddinin dağıdılmasında fəallığına, Azərbaycanın müstəqilliyi uğrunda fəal mübarizəyə, ötən əsrin 80-cı illərin sonu, 90-cı illərin əvvəllərində erməni quldurlarının Naxçıvan Muxtar Respublikasına hücumları zamanı Naxçıvanın müdafiəsində fəal iştirakına, 44 günlük vətən savaşı zamanı fəal vətəndaş mövqeyinə, Türkçülüyün, Turançılığın, Dövlətçiliyin, tarixi şəxsiyyətlər və Türk tarixi-mədəniyyətinin təbliğinə, Respublikanın ictimai həyatında fəal iştirakına görə, Azərbaycan Respublikası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “FƏDAİ” medalına layiq görülüb.
скачать dle 12.1

Şərhlər