SON DƏQİQƏ

Prezidentdən İsmət Abasovla bağlı SƏRƏNCAM

Tarix:

24-05-2024, 16:07

/ 2 701 dəfə oxundu.
Prezidentdən İsmət Abasovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev sabiq kənd təsərrüfatı naziri İsmət Abasovla bağlı Sərəncam imzalayıb.
GunAz.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə İsmət Dursun oğlu Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah İ. Abasovun 70 yaşı tamam olur. O, 2004-2013-cü illərdə kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə isə Baş nazirin müavini vəzifəsini icra edib.
скачать dle 12.1

Şərhlər