SON DƏQİQƏ
» » Avropa İttifaqı Azərbaycana qarşı təxribat edir - Rusiyadan bəyanat

Avropa İttifaqı Azərbaycana qarşı təxribat edir - Rusiyadan bəyanat

Tarix:

15-05-2024, 11:33

/ 2 459 dəfə oxundu.
Avropa İttifaqı Azərbaycana qarşı təxribat edir - Rusiyadan bəyanat

Aİ missiyası Ermənistanın qonşuları olan Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür və açıq şəkildə təxribat xarakterli fəaliyyətlər həyata keçirir.
GunAz.az “News.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya portalına müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. 
O bildirib: “Misiyanın Aİ-nin hibrid müharibəsinin aləti olması faktı onun məxfiliyini, nə Ermənistan, nə Azərbaycan, nə də digər maraqlı dövlətlər və strukturlar qarşısında hesabatlılığı və nəzarətin yoxluğu təsdiqləyir. Missiya açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə anti-Rusiya təbliğatı ilə məşğuldur, Ermənistan cəmiyyətində Avropa İttifaqının Ermənistan üçün “təhlükəsizlik və rifah mənbəyi” olması barədə yanlış fikirlər aşılayır. Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakterli xarakter alır”.
M. Qaluzinin sözlərinə görə, əgər uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışırıqsa, o zaman qərblilərin regionu hərbiləşdirmək, Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək planları buna uyğun gəlmir”.
Nazir müavini qeyd edib ki, Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə açılmasının tərəfdarıdır:
“2021-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qərarı ilə üç ölkənin baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu məhz bunu edir”. Qaluzin diqqəti ona yönəldib ki, Qərb ölkələrinin təzyiqi ilə İrəvan bu yolda da üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib.
Moskva “təkcə Cənubi Qafqazın nəqliyyat və kommunikasiya sistemini blokadadan çıxarmaq üçün deyil, həm də regionda davamlı sülh və rifahın bərqərar olması üçün qrupun tam hüquqlu işini mümkün qədər tez bərpa etməyi” zəruri hesab edir. (Yeni Sabah)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ