SON DƏQİQƏ

Baş nazir iclas keçirdi

Tarix:

24-04-2024, 09:26

/ 2 552 dəfə oxundu.
Baş nazir iclas keçirdi

Aprelin 23-də Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib.
Nazirlər Kabientindən GunAz.az-a verilən məlumata görə, Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-cü ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən AİH və Portfel şirkətlərinin korporativ idarəetməsinin qiymətləndirilməsi layihəsinin nəticələri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyəti və strateji baxışı haqqında icmal hesabat, Portfel şirkətlərin büdcə tərtibi, təsdiqi və nəzarəti Qaydaları və digər cari məsələlər ətraflı müzakirə olunub. 
скачать dle 12.1

Şərhlər