SON DƏQİQƏ
» » “Qırmızı xətləri keçmirik” - İlham Əliyev

“Qırmızı xətləri keçmirik” - İlham Əliyev

Tarix:

23-04-2024, 19:56

/ 3 823 dəfə oxundu.
“Qırmızı xətləri keçmirik” - İlham Əliyev

“Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük”.
GunAz.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.
"Həmin ölkələrin, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayan dövlət başçısı bildirib ki, biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik.
“Hesab edirəm ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır. Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik. Düşünürəm ki, bu, məhz həmin keyfiyyətlərlə bağlıdır. Çünki onlar bizə etimadla yanaşa bilərlər və bilirlər ki, bizim tərəfdən sürprizlər olmayacaq”, - deyə dövlət başçısı əlavə edib.
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ