SON DƏQİQƏ

Daxilimizdə və xaricdə olan ÜZÜDÖNÜKLƏRƏ!

Tarix:

19-04-2024, 12:05

/ 3 719 dəfə oxundu.
Daxilimizdə və xaricdə olan ÜZÜDÖNÜKLƏRƏ!

Siyasi şərhçi Teyyub Qənioğlu: Artıq Azərbaycan ərazisində  başqadövlətin əsgəri, hər hansı bir qoşun birləşməsi yoxdur!
"10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə əsasən Azərbaycan ərazisində Rusiyanın bəd niyyətlə (Dağlıq Qarabağda məskunlaşmış ermənil seperatçılarını tam məğlubiyyətdən qorumaq üçün) müvəqqəti yerləşdirilmiş (əslində isə daimi qalmaq niyəti ilə) “sülhməramlıları” sazişdə nəzərdə tutulmuş vaxtdan əvvəl ölkəmizi tərk edirlər. Bu bir daha bütün dünyanın gözü qarşısında Azərbaycanın öz suverenliyini qorumaq gücündə olan qüdrətli və qətiyyətli dövlət olduğunu nümayiş etdirdi"!  
Bu fikirləri GunAz.az-a bildirən siyasi şərhçi Teyyub Qənioğlu əlavə edir ki, Rusiya “sülhməramlılar”ı Dağlıq Qarabağda müvəqqəti  yerləşdiriləndə  ölkəmizə düşmən kəsilən, 44 günlük möhtəşəm zəfərimizə kölgə salmaq istəyən, erməni faşistlərinin layiq olduqları məğlubiyyətini qəbul etmək istəməyən  mənfur qüvvələr, ermənipərəst dövlətlər, eləcə də,  onların himayə etdikləri daxilimizdəki üzüdönüklər, “beşinci kolon”un üzvləri  müxtəlif fikirlər yayır, deyirdilər ki, ruslar burada daimi qalacaqlar, heç vaxt ərazilərimizi tərk etməyəcəklər. Ancaq “sülhməramlılar”ın vaxtından qabaq ölkəmizi tərk etmələri  bir daha göstərdi ki, 10 Noyabr 2020-ci ildə “sülhməramlılar”ın  ərazimizə daxil olmasına icazə verilməsi Prezident İlham Əliyev tərəfindən düşünülmüş, düzgün qərar idi. 
Məhz bunun nəticəsində Azərbaycan Laçını, Kəlbəcəri bir güllə atmadan, şəhid vermədən azad etdi, 23 saatlıq antiterror əməliyyatı ilə suverenliyimizi tam bərpa etdi və Rusiyanı “sülhməramlılar”ının ölkəmizdən çıxarılması zərurəti ilə barışmağa vadar etdi! Artıq Azərbaycan ərazisində başqadövlətin əsgəri, hər hansı bir qoşun birləşməsi yoxdur! Bu bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müstəqil dövlətdir! 
Siyasi şərhçi təəssüflə bildirir ki, azərbaycan-türk düşmənləri bununla barışmaq istəmirlər, erməni seperatçılarını, revanşitlərini himayə etmək, onlara hərtərəfli hərbi-siyasi dəstək vermək, beləliklə də,  regionumuzda qarşıdurma yaratmaq niyyətlərindən əl çəkmək istəmirlər. Belələrinə zəruri xatırlatma: cənablar, “dəmir yumruk” yerindədir, başınızın salamat qalmasını istəyirsinizsə ağlınızı başınıza yığın!
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ