SON DƏQİQƏ

Azərbaycanın varlığına göz yumanlar...

Tarix:

16-04-2024, 13:26

/ 3 117 dəfə oxundu.
Azərbaycanın varlığına göz yumanlar...

Teyyub QƏNİOĞLUBu dövlət bizimdir və onun bütövlüyünü, sabitliyini qorumaq hər birimiz üçün bir nömrəli vətəndaşlıq borcumuzdur!
            Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini həzm edə bilməyənlər rahatlıq tapa bilmirlər.  Azərbaycan-türk düşməni olanlar türklərin varlığını, inkişafını, birliyini, güclənməsini,regionumuzda, eləcə də, dünyada söz sahibinə çevrilməsini özlərinin mənfur, antiinsani və antimüsəlman, bədnam “xristian həmrəyliyi” siyasətləri qarşısında güclü maneə olduğunu hesab edirlər və bunun qarşısını almaq üçün bütün mümkün olan və olmayan vasitələrdən “imkanlardan”, tutduqları mövqelərdən istifadə etməkdən çəkinmirlər.
Bunu GunAz.az-a   Siyasi şərhçi Teyyub Qənioğlu bildirib.
Oqeyd edib: "44 günlük müharibədə erməni faşistlərini sarsıdıcı məğlubiyyətə uğradan Azərbaycanın qələbəsini  heç cür qəbul etmək istəməyən ermənipərəst Avropa Şurası (AŞ), özünün ölkəmizdə 7 fevralda keçirilən Prezident seçkilərinə dəvət edilməməsini bəhanə edərək, Azərbaycan nümayəndə heyətini AŞ-da səsvermə hüququndan məhrum edən “qətnamə “qəbul edir. Avropa İttifaqının bəzi bədnam deputatları Azərbaycanı sanksiyalarla hədələyir. ABŞ-nın birbaşa dəstəyi ilə Azərbaycanın əleyhinə olaraq Ermənistanın dirçəldilməsinə, onun revanşist mövqeyinin gücləndirilməsinə yönəldilmiş  ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü keçirilir. Fransa və Hindistan Ermənistanı silahlandırır. Bədnam “sülhməramlıları”nın ərazimizdə bundan sonra da qalmasını təmin etmək üçün Rusiya bütün gücü ilə ermənilərin Qarabağa qayıtmasına səy göstərir. Reallıqda Azərbaycanın varlığını qəbul etməyən, ona düşmən kəsilən İran bu düşmənçiliyini ölkəmizin  İsraillə normal münasibətlərini bəhanə gətirir, ancaq eyni zamanda Azərbaycanın əleyhinə olduğu üçün Fransanın, ABŞ-nın hərbiçilərinin, Aİ-nın “müşahidə” missiyasının Ermənistanda varlığına göz yumur və s. Ancaq bütün bunlara  rəğmən bu mənfurlar, güclü xarici təzyiqlərə baxmayaraq, Azərbaycanı tutduğu haqlı mövqeyindən çəkindirə bilmədiklərinin fərqindədirlər. Ona görə də, Azərbaycana xaric təzyiqlərlə bərabər daxildən də təzyiq etməyə çalışırlar, ölkəmizdə mövcud olan bəzi çatışmazlıqları bəhanə edərək xalqı mitinqlərə çağırmağa, qarşıdurma yaratmağa, PA-nın “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin məqsədyönlü fəaliiyəti nəticəsində ölkəmizdə bərqərar olmuş siyasi sabitliyi pozmağa can atırlar, bunun üçün maliyyələşdirdikləri radikal müxalifətin, “5-ci kalon”nun üzüdönüklərinin “imkanlarından“ istifadə etmək istəyirlər". 
Politoloqun fikirincə, Azərbaycanda müəyyən sosial problemlərin, günbəgün baş verən və sonu görünməyən qiymət artımlarının, məmur özbaşınalığının, qanun pozuntularının, rüşvətxorluğun və bunların insanların yaşayışına mənfi təsir etdiyini heç kəs danmır. Bu mənfi proseslərin qarşısını almaq, onu heç olmasa minimuma endirmək üçün dövlət səviyyəsində  müəyyən tədbirlər görülür. Ancaq nəzərə almaq lazımdır ki, hal-hazırda və yaxın gələcəkdə Azərbaycanın bir nömrəli problemi suverenliyimizi daha da möhkəmləndirməkdən, Qarabağın mənfur ermənilər tərəfindən viran qoyulmuş ərazilərini bərpa etməkdən, məcburi köçkünləri öz doğma yurdalrına qaytarmaqdan ibarətdir. Ona görə də qəhrəman xalqımızı mövcud çətinlikləri, onların keçici olduğunu nəzərə almağa, mənfur düşmənlərimizin ölkəmizdə sabitliyin pozulmasına  yönəlmiş hərəkətlərinə uymamağa dəvət edirəm. Unutmaq olmaz ki, 
Bu dövlət bizimdir və onun bütövlüyünü, sabitliyini qorumaq hər birimiz üçün bir nömrəli vətəndaşlıq borcumuzdur!
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ