SON DƏQİQƏ
» » Çavuşoğlu:"Ermənistan hər yerdə məğlub olur"

Çavuşoğlu:"Ermənistan hər yerdə məğlub olur"

Tarix:

22-02-2017, 15:28

/ 4 849 dəfə oxundu.
Çavuşoğlu:"Ermənistan hər yerdə məğlub olur"

Ermənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək.
Gunaz.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənun Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada "Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı deyib.
Nazir bildirib ki, Türkiyə və Azərbaycan Xocalı faciəsinin təbliğatını birgə aparmaqda davam edəcək.
M.Çavuşoğlu Türkiyənin Xocalı hadisələrini heç vaxt unutmayacağını deyib:
"Xocalı reallıqdır. Bu, 25 il əvvəl bütün dünyanın gözü qarşısında baş verib. Ermənistan isə həqiqəti qəbul etmək istəmir”.
Nazir həmçinin qeyd edib ki, uzun illərdir Türkiyə Ermənistanın 1915-ci il hadisələri ilə bağlı böhtanları ilə mübarizə aparır.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər