SON DƏQİQƏ

Ədliyyə Nazirliyində yeni - Təyinatlar

Tarix:

17-04-2024, 12:21

/ 2 730 dəfə oxundu.
Ədliyyə Nazirliyində yeni - Təyinatlar

Ədliyyə Nazirliyində yeni təyinatlar olub.
GunAz.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Əliyevə nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib. Bundan əvvəl, Ə.Əliyev Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.
Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ