SON DƏQİQƏ
» » Aİ nümayəndə heyətinin Cənubi Qafqaza səfəri başladı

Aİ nümayəndə heyətinin Cənubi Qafqaza səfəri başladı

Tarix:

9-04-2024, 08:46

/ 2 168 dəfə oxundu.
Aİ nümayəndə heyətinin Cənubi Qafqaza səfəri başladı

Avropa İttifaqı (Aİ) Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvlərinin Cənubi Qafqaza səfəri başlayıb.
APA xəbər verir ki, əvvəlcə nümayəndə heyəti İrəvana gedib.
Ermənistanda bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşən heyət Avropa İttifaqı ilə münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşməsinə yönəlmiş prosesi məmnunluqla qeyd edib.
Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə toxunan Ararat Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesindən danışıb.
Nümayəndə heyəti Gürcüstan və Azərbaycana da səfər edəcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ