SON DƏQİQƏ

Putin: Bayden məni ona görə təhqir etdi ki...

Tarix:

22-02-2024, 22:10

/ 5 222 dəfə oxundu.
Putin: Bayden məni ona görə təhqir etdi ki...

ABŞ-ın Rusiya üçün münasib gələcək prezidenti ilə bağlı dediyim sözlərlə görə Bayden məni təhqir etdi.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
Kreml rəhbəri bildirib ki, Baydenin təhqiramiz sözləri onun haqlı fikrini təsdiqləyir:
“Siz bundan öncə ABŞ-ın Rusiya üçün münasib sayılan gələcək prezidenti barədə sual vermişdiniz. Dedim ki, biz istənilən prezidentlə işləyəcəyik, lakin Baydenlə işləmək bizim üçün münasibdir. Onun dediklərinə gəldikdə, mən tamamilə haqlıyam. Çünki bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır. Niyə? Çünki o mənə deyə bilməzdi ki, Volodya, təşəkkürlər, çox sağ ol ki, sən mənə çox kömək etdin! Biz başa düşürük ki, orada daxili siyasət baxımından nələr baş verir. Bu adekvat reaksiya mənim tam haqlı olduğumu göstərdi. Mənim sözlərim öz auditoriyamız üçün idi, amerikalılar üçün yox. Mənə sual vermişdiniz (Rusiya üçün kim münasibdir - red.), yenə ona cavab verə bilərəm: Bayden!"
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “başdanxarab it oğlu” adlandırıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ