SON DƏQİQƏ

Salome Zurabişvili İlham Əliyevi təbrik etdi

Tarix:

12-02-2024, 15:34

/ 2 658 dəfə oxundu.
Salome Zurabişvili İlham Əliyevi təbrik etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqının firavanlığı istiqamətində yorulmaz fəaliyyətinizdə Sizə səmimi-qəlbdən davamlı uğurlar və qələbələr arzulayıram.
Mən qəti şəkildə inanıram ki, birgə səylərimizlə biz qardaş ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq münasibətlərini, strateji tərəfdaşlığı yeni zirvələrə yüksəldəcəyik. Bu, şübhəsiz ki, həm Gürcüstanın, həm də Azərbaycanın regionda sabitliyin və inkişafın möhkəmləndirilməsində rolunu daha da gücləndirəcəkdir.
Zati-aliləri, Sizə bir daha ən dərin ehtiramımı bildirir, fəaliyyətinizdə davamlı uğurlar arzulayır, dost Azərbaycan xalqına isə sülh və rifah diləyirəm".
скачать dle 12.1

Şərhlər