SON DƏQİQƏ
» » Azərbaycan XİN Çində dağıdıcı zəlzələ ilə bağlı Pekinə başsağlığı verib

Azərbaycan XİN Çində dağıdıcı zəlzələ ilə bağlı Pekinə başsağlığı verib

Tarix:

19-12-2023, 15:57

/ 1 427 dəfə oxundu.
Azərbaycan XİN Çində dağıdıcı zəlzələ ilə bağlı Pekinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Çində dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərlə bağlı Pekinə başsağlığı verib.

Bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.
“Çində çoxlu insan itkisinə və yaralanmasına səbəb olan dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə başsağlığında bildirilib.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ