SON DƏQİQƏ

Mirzoyan və Bayramov nə vaxt görüşəcək?

Tarix:

10-11-2023, 16:07

/ 2 274 dəfə oxundu.
Mirzoyan və Bayramov nə vaxt görüşəcək?

Rusiya Ermənistan və Azərbaycan XİN başçılarının Moskvada görüşünü təşkil etməyə hazırdır. Lakin hələlik dəqiq tarix yoxdur.

Bu sözləri jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması məsələləri üzrə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik. Bizim bu hazırlığımız dəyişməzdir. Biz bu barədə razılığa gəldiyimiz zaman tədbir haqda məlumat verəcəyik”, - Qaluzin bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ