SON DƏQİQƏ
» » “Heydər Əliyev gələcək nəsil üçün peşəkarlıq nümunəsi miras qoyub”

“Heydər Əliyev gələcək nəsil üçün peşəkarlıq nümunəsi miras qoyub”

Tarix:

25-10-2023, 13:10

/ 3 113 dəfə oxundu.
“Heydər Əliyev gələcək nəsil üçün peşəkarlıq nümunəsi miras qoyub”

“Ulu Öndər Silahdaşlarının Xatirələrində” kitabı Heydər Əliyevin təhlükəsizlik orqanlarında 25 illik fəaliyyətini əks etdirir”.
GunAZ.az-ın məlumatına görə, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)Mətbuat xidmətinin rəhbəri Tamerlan Rəhimov kitabın təqdimat mərasimində deyib.
T.Rəhimov bildirib ki, kitabın əsas özəl cəhəti bu günə kimi heç yerdə əks olunmayan şəkillərin əks olunması, Heydər Əliyevlə birlikdə çalışmış təhlükəsizlik orqanları əməkdaşlarının xatirələrinin yer almasıdır:
“Kitabda, həmçinin Ulu Öndərin şəxsən imzaladığı sənədlər yer alıb. Həmin sənədlər DTX-nin arxivində saxlanılır. Heydər Əliyev ilk Azərbaycanlı general kimi təhlükəsizlik orqanlarının tarixinə düşüb, gələcək nəsil üçün peşəkarlıq nümunəsi miras qoyub. Bu gün də biz bu nümunəyə uyğun fəaliyyətimizi davam etdiririk”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ