SON DƏQİQƏ
» » “Ermənistan bölgədə vəziyyəti gərginləşdirir”

“Ermənistan bölgədə vəziyyəti gərginləşdirir”

Tarix:

1-09-2023, 14:03

/ 2 792 dəfə oxundu.
“Ermənistan bölgədə vəziyyəti gərginləşdirir”

Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir.
Bu barədə GunAz.az-a  Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
“Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.
Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.
Bildiririk ki, yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - MN bəyan edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ