SON DƏQİQƏ

İlham Əliyev sərəncam imzaladı

Tarix:

31-08-2023, 14:00

/ 1 697 dəfə oxundu.
İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncamla “Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı” təsdiq edilib.


Siyahıya “Azərbaycan Beynəlxalq Bankı” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” və “Aztelekom” MMC-lər, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “AzerGold” QSC-lər, Dövlət Neft Şirkətinin strukturuna daxil olan "Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid zavodu və Metanol zavodu daxildir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ