SON DƏQİQƏ
» » Prezident Administrasiyasına yeni tapşırıq verildi

Prezident Administrasiyasına yeni tapşırıq verildi

Tarix:

5-08-2023, 14:00

/ 1 565 dəfə oxundu.
Prezident Administrasiyasına yeni tapşırıq verildi

Prezident Administrasiyasına yeni tapşırıq verilib.

Bu, Prezident İlham Əliyevin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.

Fərmana əsasən, Prezidentinin Administrasiyası iki ay müddətində “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bundan əlavə, Prezident Administrasiyası normativ hüquqi aktın layihəsinin hazırlanmasını, razılaşdırılmasını və normayaratma orqanına təqdim olunmasını təmin edən informasiya sisteminin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ