
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya səfəri həm ikitərəfli münasibətlər, həm də bütövlükdə Avrasiyada proseslərin inkişafı baxımından əhəmiyyətli səfər idi.
Bu, hərbi sahədən tutmuş bütün istiqamətlərdə özünü göstərir. Bu əlaqələr təkcə dövlətlər arasında deyil həm də xalqlarımız arasında öz əhəmiyyətini artırmaqdadır. Belə ki, 44 günlük müharibədə və ondan sonra da bütün əhəmiyyətli yerlərdə, hətta evlərdə, maşınlarda Azərbaycan, Türkiyə, Pakistan bayraqlarını bir yerdə dalğalandırmasını xalqımız böyük qürur hisi ilə ifadə edirdilər.
Hətta Azərbaycan və Türkiyə qardaşlığına Pakistanın da qoşulması, hər üç dövlətin eyni mənafedən, haqq işdən, milli birlikdən, dünyanın nizam tərəzisinin dəstəklənməsindən irəli gəlirdi ki, bu birlik də dünya siyasətində birlik yaradaraq dünyada baş verən haqsızlıqları aradan qaldırılmasına kömək edəcək.
Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayan ölkədir. Bunu nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı unutmur. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla diplomatik əlaqələr qurmayan ölkələrdir. Bu siyasət müsəlman dünyasının əzilməməsinə, hər zaman haqq yolumuzda özümüzü müdafiə etmək, İslama verilən dəyər kimi qiymətləndiririk.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin ardınca Pakistanın Baş nazirinin də Azərbaycana gəlməsi Türkiyə-Azərbaycan-Pakistan dostluğunun daha da artmasını və gələcəkdə də daha da güclənəcəyi, Avrasiyada həlledici rola malik olacağı gözləntisini artırır.
Bilman İSAQ