SON DƏQİQƏ
» » Kəmaləddin Heydərov icra başçısının oğlunu yüksək vəzifəyə təyin etdi

Kəmaləddin Heydərov icra başçısının oğlunu yüksək vəzifəyə təyin etdi

Tarix:

22-06-2023, 15:11

/ 1 588 dəfə oxundu.
Kəmaləddin Heydərov icra başçısının oğlunu yüksək vəzifəyə təyin etdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu işdən çıxarıb.

Nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Seymur Taleh oğlu Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.

Onun yerinə daxili xidmət polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.

Kəmaləddin Heydərovun digər əmri ilə isə S.Qaraşov FHN-nin Daxili Tədqiqat İdarəsinin rəis müavini təyin edilib//axar.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ