SON DƏQİQƏ

Mehriban Əliyevadan Ramazan bayramı təbriki

Tarix:

21-04-2023, 08:28

/ 3 183 dəfə oxundu.
Mehriban Əliyevadan Ramazan bayramı təbriki

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”.

скачать dle 12.1

Şərhlər