SON DƏQİQƏ

Ağdamda ayaqqabı istehsal olunacaq

Tarix:

10-04-2023, 12:44

/ 1 418 dəfə oxundu.
Ağdamda ayaqqabı istehsal olunacaq

Ağdam Sənaye Parkında ayaqqabı istehsalı müəssisəsi yaradılacaq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 15-ə çatıb.

"Sənaye parkında yeni rezident BAFCO İnvest MMC tərəfindən investisiya həcmi 10 mln. manat olan müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi yaradılacaq və 120 nəfər işlə təmin ediləcək", - M.Cabbarov bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ