SON DƏQİQƏ
» » Bu hərbi cinayətləri heç vaxt unutmayacağıq- İlham Əliyev

Bu hərbi cinayətləri heç vaxt unutmayacağıq- İlham Əliyev

Tarix:

18-03-2023, 14:16

/ 2 958 dəfə oxundu.
Bu hərbi cinayətləri heç vaxt unutmayacağıq- İlham Əliyev

Xalqımıza qarşı törədilmiş soyqırımı, ədalətsizlik və hərbi cinayətləri heç vaxt unutmayacağıq.

Bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi:

"Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı soyqırımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi cinayətlər törədilmişdir. Biz bunu heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt unutmamalıyıq”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ