SON DƏQİQƏ
» » Prezidentdən səfirliyimizə olunan hücuma reaksiya

Prezidentdən səfirliyimizə olunan hücuma reaksiya

Tarix:

27-01-2023, 13:06

/ 2 317 dəfə oxundu.
Prezidentdən səfirliyimizə olunan hücuma reaksiya

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.

Bu barədə dövlət başçısı Tvitterdə paylaşım edib.

"Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veriram.

Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!", - Prezident qeyd edib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ