SON DƏQİQƏ

Leyla Abdullayevadan Ermənistana çağırış

Tarix:

24-01-2023, 13:24

/ 2 917 dəfə oxundu.
Leyla Abdullayevadan Ermənistana çağırış

Avropa İttifaqının Ermənistana missiya göndərməsi Ermənistanın öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır”.

Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tvitter hesabında yazıb.

"Bu məsələdən sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir”, - deyə o, əlavə edib.

 

Qeyd edək ki, Avropa İttifaqı dünən Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanı göndərməyə razılıq verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ