SON DƏQİQƏ
» » "Müharibə zamanı İran bizə kömək etmək istədi, hakimiyyət qəbul etmədi" - Çalabyan

"Müharibə zamanı İran bizə kömək etmək istədi, hakimiyyət qəbul etmədi" - Çalabyan

Tarix:

23-01-2023, 23:43

/ 2 235 dəfə oxundu.
"Müharibə zamanı İran bizə kömək etmək istədi, hakimiyyət qəbul etmədi" - Çalabyan

"Ermənistan hökumətinin binasından ordunun kürəyinə bıçaq zərbələri endirilir”.

KONKRET.az xəbər verir ki, bunu erməni siyasətçi Avetik Çalabyan deyib.

 

O bildirib ki, yanvarın 19-da Qeqarkunik rayonunda 15 hərbi qulluqçunun qeyri-döyüş şəraitində həlak olması ilə nəticələnən faciə Ermənistan hakimiyyətinin Silahlı Qüvvələrin idarə edilməsində növbəti cinayət uğursuzluğunun nəticəsidir.

"Əsas günahkarlar Ermənistan Respublikasının baş naziri və müdafiə naziridir ki, onlar bir daha məsuliyyətdən yayınmamalıdırlar” – deyə Çalabyan bildirib.

O, qeyd edib ki, hakimiyyət ordunu addım-addım diz çökdürməyə və parçalamağa çalışır. Silahlı Qüvvələrin döyüş ruhunu və potensialını sındırmağa cəhd göstərir.

Çalabyanın sözlərinə görə, 2020-ci ildə Azərbycan – Ermənistan müharibəsi zamanı erməni ordusu tək qaldı.

"Çünki Ermənistanın indiki hakimiyyətinə heç kim inanmırdı, müttəfiqlər arxa çevirdilər. Avropa, ABŞ susdu. İran öz təklifini verdi. kömək etmək istədi, amma qəbul etmədilər”, – deyə erməni siyasətçi əlavə edib.

O bildirib ki, müharibənin bütün yükü ordunun çiyninə düşüb.

"Bu hakimiyyət hətta müharibəyə hazırlaşa, ölkəmizin imkanlarını səfərbər edə bilmədi. Əlimizdə olan, qalib gəlməyimizə və ya məğlubiyyətdən qaçmağa kömək edəcək vasitələrdən istifadə edə bilmədik. Nəticədə ağır məğlubiyyətə uğradıq və bu ağır məğlubiyyət ordunun çiyninə düşdü. Müharibə zamanı 1000-ə yaxın zabit həlak oldu”, – deyə Çalabyan bildirib.

Erməni siyasətçi vurğulayıb ki, bütün bunlardan sonra da hakimiyyət ordunun dayağı olan zabit korpusunun süqutunu addım-addım davam etdirir.

"Yüzlərlə cinayət işi açıldı. Onlar hamımızı inandırmağa çalışırlar ki, bu müharibəni zabitlər uduzdular. Çoxsaylı ordu zabitləri hesabat verirlər, vəzifələrini tərk edirlər. Çünki növbəti cinayət işinin onlara qarşı olacağını başa düşürlər. Get zabitlərlə danış, sənə deyəcəklər ki, onları daim kürəyindən bıçaqlayırlar. Onlar kimə qarşı vuruşacaqlarını bilmirlər – düşmənə, yoxsa bunlara, çünki arxalarının güclü olduğuna əmin deyillər”, – deyə Çalabyan qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

скачать dle 12.1

Şərhlər